"QARABAĞ" FİZİKİ HAZIRLIQLARINI BAŞA VURDU.Növbədə texniki hazırlıqdır.(ÜÇ NÖQTƏ, 26 YANVAR)

single-news
26 Yan 2005

"QARABAĞ" FİZİKİ HAZIRLIQLARINI BAŞA VURDU.Növbədə texniki hazırlıqdır.(ÜÇ NÖQTƏ, 26 YANVAR)



Birinci dövrəni qalib kimi başa vuran Ağdamın "Qarabağ" klubu təlim-məşq toplanışını Antalyada davam etdirir. Futbolçuların fiziki hazırlığını başa çatdıran klub yoldaşlıq görüşlərində də qüvvəsini sınayacaq. Əsas heyətin 6 oyunçusunun (R.Mehdiyev, S.Abbasov, A.Kərimov, A.Məmmədov, İ.Məmmədov, V.Nadirov) yaxın günlərdə qoşulacağı "Qarabağ" təlim-məşq toplanışını fevralın 5-dək Antalyada davam etdirəcək. Hələlik heç bir oyunçu ilə müqavilə bağlanmasa da, heyətdə müxtəlif ölkələrdən baxışda olan futbolçular var. Bu futbolçular artıq Tbilisinin "Zestafoni" klubu ilə oyunda özlərini göstəriblər. Yaxın günlərdə Ukrayna "Arsenal"ı, Rusiya "Fakel"i və Xorvatiya "Rudniçski"si ilə də matçlar planlaşdırılır. Digər komandalar isə hələ dəqiqləşməyib.

Paylaş

// pop up