"Qarabağ" FK Avstriyada ikinci yoxlama oyununu keçirib - FOTOLAR
11 İyl 2021
"Qarabağ" FK Avstriyada ikinci yoxlama oyununu keçirib - FOTOLAR
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununa çıxıb.
Komandamız Rusiyanın "Arsenal" (Tula) komandası ilə qarşılaşıb.
Kirxdorfda keçirilən matçda komandamız 0:1 hesabı ilə məğlub olub.
"Qarabağ" ilk sınaq matçında Bolqarıstanın ÇSKA (Sofiya) klubuna qalib gəlmişdi - 1:0. Son yoldaşlıq matçımız Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"a qarşı olacaq.
