"QARABAĞ" FK-DAN AFFA-YA MƏKTUB
18 Apr 2005
"QARABAĞ" FK-DAN AFFA-YA MƏKTUB
"Qarabağ" Futbol Klubunun Vitse-Prezidenti Taher Gozel AFFA-nın prezidenti Ramiz Mirzəyevə QA- 31/05 nömrəli məktub ünvanlamışdır. Məktubu olduğu kimi nəzərinizə çatdırırıq:
___________________
Bildiyiniz kimi, “Qarabağ” Futbol Klubu həmişə hər hansı bir kluba haqsızliğın edilməsinə qarşı olub, ədalətliliyin və düzgünlüyün olmasını istəyib. Sizə ünvanladığımız bu məktub da yalnız inkşafda olan futbolumuza komək etmək məqsədi daşıyır. Belə ki, biz Sizə və İcraiyyə Komitəsinə təklif edirik ki, bir neçə komandanın son tura qədər çempionluq iddiasını nəzərə alaraq, çempionatın bitməsinə bir ay qalmışdan heç bir Futbol Klubuna yeni legioner Futbolçuların sifariş verməsini dayandırasınız. Bu məsələyə İcraiyyə Komitəsində yaxın vaxtlarda baxılmasını və Klubları məlumatlandırmanızı sizdən xahiş edirik. Məqsədimiz, çempionatın ədalətli və düzgünlüyünə xələl gəlməsinə yol verməmək, inkşafda olan futbolumuza yardım etməkdir.
Biz inanırıq ki, siz Beynəlxalq Dərəcəli İdman Ustası, Olimpiya çempionu, MOK-nın üzvü, Baş Məşqçimiz İgor Ponomaryovun ideyası ilə Klubumuzun bu təklifinə diqqətlə yanaşacaq, Futbolumuzun inkşafına daha bir töhvə verəcəksiniz.
__________________________
Bu məktub vasitəsilə "Qarabağ" Futbol Klubu bir daha ədalətin tərəfində olduğunu, layiq olanın zəfər sevinci yaşamasını istədiyini bəyan edir.