`Qarabağ` FK etiraz etmir

single-news
7 Dek 2011

`Qarabağ` FK etiraz etmir



Dekabrın 10-da premyerliqanın XVI turunda `Qarabağ` Futbol Klubu `Xəzər-Lənkəran`la qarşılaşacaq. Azərbaycanda ən maraqlı futbol derbilərindən biri məlum səbəblərdən dolayı azarkeşsiz keçiriləcək. `Qarabağ` Futbol klubu baş vermiş hadisənin səbəbkarını qınamaqla yanaşı baş vermiş hadisədən təəssüfləndiyini bildirir. Futbolun gözəlliyinin dolu tribunaların olduğu nəzərə alaraq, daim stadionda komandalarını dəstəkləməklə xüsusi azarkeş statusu formalaşdırmış `Xəzər-Lənkəran` camiəsinin belə vacib oyunu izləməməsi futbol marağı baxımından məyusluq yaradır. Rəqib meydanında azarkeşsiz oynamaq bir üstünlük olsa da, `Qarabağ` komandasının  `Xəzər-Lənkəran` camiəsi tərəfindən daim həssaslıqla qarşılanmasını, qonaqpərvərliyini və azarkeşli futbolun daha gözəl olduğunu nəzərə alaraq `Xəzər-Lənkəran` - `Qarabağ` matçında tamaşaçıların stadionda komandalarını dəstəkləməsinə etiraz etmədiyini bəyan edirik.

Paylaş

// pop up