"QARABAĞ" FK FƏXRİ XİYABANI ZİYARƏT ETDİ.

single-news
21 Dek 2004

"QARABAĞ" FK FƏXRİ XİYABANI ZİYARƏT ETDİ.



Bu gün "Qarabağ" FK qış tətili öncəsi bir yerə yığılaraq, birinci dövrənin nəticələrini müzakirə etdilər.Komandanın dünənki çətin oyundan qələbə ilə dönməsi, birinci dövrədən sonra ilk pilləni tutması klub rəhbərləri tərəfindən vurğulandı və oyunçuların hər biri təbrik olundu.Oyunçular isə öz növbəsində yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirərək,ikinci dövrədə də baxımlı oyun nümayiş etdirərək, çempion olacaqlarına söz verdilər. İclas bitəndən sonra, klub rəsmiləri və oyunçu-məşqçi heyəti tətil qabağı Fəxri Xiyabana gedərək, ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoydular.Onun xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dua oxudular. Bununla da komanda qış tətilinə çıxdı.

Paylaş