"Qarabağ" FK ilin klubu seçildi
14 Dek 2022
"Qarabağ" FK ilin klubu seçildi
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) müxtəlif nominasiyalar üzrə 2022-ci ilin ən yaxşılarının adlarını açıqlayıb.
"Qarabağ" FK ilin klubu, Qurban Qurbanov isə ilin baş məşqçisi seçilib.
Klubumuzun direktoru Emrah Çelikel ilin futbol xadimi adına layiq görülüb.
AİJA-nın 2022-cı ilin idman laureatları ilə bağlı açıqladığı siyahıda futbolçumuz Ramil Şeydayev ilin futbolçusu seçilib. Musa Qurbanlı ilin gənc futbolçusu, Kadi Borges isə ilin əcnəbi futbolçusu mükafatlarına layiq görülüblər.