`Qarabağ` FK `İnter`i təbrik edir
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5236.jpg)
19 Yan 2011
`Qarabağ` FK `İnter`i təbrik edir
Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin çempionları arasında `Birlik` kuboku keçirilir. Azərbaycanın son çempionu `İnter` qrup mərhələsini uğurla adlayaraq ¼ finala yüksəlmişdir. ¼ finalda isə `İnter` Ermənistanın `Mika` klubuyla qarşılaşmışdır. Mənfur düşmənlərimizlə mücadilədə Azərbaycan çempionu rəqibinə aman verməyərək 4:0-lıq darmadağınla möhtəşəm qələbə qazanmışdır. `İnter`in qazandığı qələbə xalqımıza böyük sevunc gətirmiş və bir daha ermənilərdən üstün olduğumuzu sübuta yetirmişdir. `Qarabağ` Futbol Klubunun kollektivi `İnter` Futbol Klubunu möhtəşəm qələbə münasibətiylə təbrik edir, komandaya sonda `Birlik` kubokunu qazanmaqla daha böyük qələbə zirvəsinə yüksəlməyi arzulayır. Ümid edirik ki, erməni klubu üzərində qələbə sonuncu olmamaqla yanaşı, daha böyük qələbələrə yol açacaqdır. Bir daha `İnter` FK-nı qələbə münasibətiylə təbrik edirik.