`Qarabağ` FK köçkünlərin turnirinə start verdi - fotolar

single-news
19 Apr 2010

`Qarabağ` FK köçkünlərin turnirinə start verdi - fotolar



`Qarabağ` Futbol Klubunun futbolunun kütləviləşməsi və yeni gənc istedadların üzə çıxarılması yolunda apardığı siyasət davam edir. Uşaq futbolunun inkşafı yönündə məqsədli çalışmalarını sürdürən klubumuz daha bir layihəyə start verib. Belə ki, `Qarabağ` Futbol Klubunun təşkilatçılığı ilə Ceyranbatan və Xırdalanda  yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblilər arasında futbol turniri keçirilir. `Qarabağ` FK-nın nəzarətində, məşqçilərinin izlədiyi yarışda `Bərgüşad` Aşağı Molla  (Qubadlı), `Çıraqlı` (Laçın), `İstisu` (Kəlbəcər), `Minkənd` (Laçın), 2 saylı Xırdalan, `Fırtına` 2 saylı məktəb (Ceyranbatan), `İnam` 9 saylı (Xırdalan), `Vulkan` 1 saylı  (Ceyranbatan)  məktəb və komandaları çıxış edir. 1995-1999 təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları  `Qarabağ`ın bazasında keçirilir.

Artıq ilk oyun  baş tutub. Turnirin açılış matçında `Bərgüşad`la `Çıraqlı` üz-üzə gəlib. Qubadlı məktəbliləri Laçından olan həmyaşıdlarını böyükhesabla məğlub edib. `Bərgüşad` 9:1 hesabıyla qələbə qazanıb.

Sabah isə  `İstisu`yla `Minkənd` qarşılaşacaq.

 

 

Paylaş

// pop up