"QARABAĞ" FK MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞDÜ.

single-news
28 Dek 2004

"QARABAĞ" FK MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞDÜ.



Dekabrın 27-də "Qarabağ" FK-u Ağdam bölgəsinə, məcburi köçkünlərlə görüşə getdi. Görüşdə Ağdamın icra başçısı Həsən Sarıyev orada yaşayan məcburi köçkünlər adından "Qarabağ"ın doğma torpağı Ağdama gəlməsinə görə öz təşəkkürünü bildirdi. O, yaxın gələcəkdə komandanın öz doğma torpagında oyunlarını keçirməsini arzuladı. "Qarabağ" komandasının vitse- prezidenti Tahir bəy klubun üzvlərinin doğma torpaqda həddən artıq isti qarşılanmalarına görə, oraya toplaşanlara komanda adından minnətdarlığını bildirdi. Tahir bəy komandanın belə sevilməsini həmişə hiss etdiklərini, bugünkü görüşün isə bir daha bunu sübut etdiyini bildirdi. Komandanın isə bunun qarşılığında gözəl oyun gostərərək birinci dövrədən sonra birinci yeri tutduğunu nəzərə çatdırdı. O, "Qarabağ"ın nəinki, Azərbaycanda, həmçinin dünya futbolunda tanınmasını istədiyini bildirdi, bunun üçün isə müxtəlif lahiyələrin işləndiyini bildirdi. Tahir bəy sonra Ağdamlılara daha bir müjdə elədi. O, "Qarabağ"ın 20 il şərəfini qoruduğu, indi isə məşqçi işləyən Səttar Əliyevin bu gündən komandanın baş məşqçisinin birinci müavini elan etdi. Səttar müəllim isə, "Qarabağ" adını kürəyində daşımağın nə qədər məsuliyyətli olduğunu burada yığılan gənclərin nəzərinə çatdırdı. onlara veriləcək futbol geyimlərində oynayan zaman, bu məsuliyyətin nə qədər böyük olduğunu onların da hiss etməsini istədi. Sonra Ağdamın gənclərdən ibarət iki komandası matç keçirdi.Oyunun ikinci hissəsində hər komandanın heyətinə bir neçə "Qarabağ"lı oyunçunun daxil olması tamaşaçılar tərəfindən çox böyük alqışla qarşılandı. Oyundan sonra Tahir bəy Ağdamın icra başçısı Həsən müəllimə öz hədiyyəsini verdi. Bundan onra isə 500-ə yaxən idman geyimi, elə o qədər də futbol topları, komandanın şəkili olan təqvimlər ərazidə yerləşən məktəblərə paylandı. Diqqəti çəkən dana bir məqam isə oyunçuların hər birinin onlara yaxınlaşan gənclərə çox diqqətlə yanaşması, şəkilləri olan təqvimlərin fərdi qaydada imzaları ilə paylaması oldu. Görüşdən komanda böyük təssüratla ayrıldı.

Paylaş