`Qarabağ` FK-nın bəyanatı

single-news
17 Avq 2014

`Qarabağ` FK-nın bəyanatı



Bildiyiniz kimi bu ayın 21-i `Qarabağ`ımız AvroLiqanın play-off mərhələsi çərçivəsində Hollandiya təmsilçisi `Tvente`ni qəbul edəcək.Oyuna marağın böyük olduğunu nəzərə alaraq dünəndən bilet satışı başlanıb və artıq 5000-dən çox bilet satılmışdır.Bilet satışı zamanı bir sıra problemlərin yarandığını nəzərə alaraq `Qarabağ` FK rəhbərliyi kassa önündəki `qara-bazar`ı yığışdırmaq üçün Bakı şəhər Nərimanov rayon polis idarəsinə müraciət etmişdir.Kassadan rahat bilet almağınız üçünsə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilmişdir.

Paylaş

// pop up