“Qarabağ” FK-nın məlumatı

single-news
25 Fev 2021

“Qarabağ” FK-nın məlumatı



“Qarabağ” FK-nın məlumatı. Klubumuz AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanladı.

 

AFFA İntizam komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda 8 nömrəli futbolçumuz Uroş Matiçin formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün “Qarabağ” FK 3000 AZN məbləğində cərimə olunmuşdur. Klubumuz həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır. “Qarabağ” FK qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb.

Paylaş

// pop up