“Qarabağ” FK-nın məlumatı

single-news
31 Mar 2021

“Qarabağ” FK-nın məlumatı



DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya komandası ilə oyunda zədələnmiş futbolçumuz Mahir Emreli bu gün tibbi müayinədən keçib.

 

Milli komandanın həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunduqdan sonra Mahir Emrelinin sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanmışdır.

 

Həkimlərin ilkin diaqnozuna görə Mahir Emreli 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Paylaş