“Qarabağ” FK-nın məlumatı

31 Mar 2021
“Qarabağ” FK-nın məlumatı
"Qarabağ"ın AFFA Apellyasiya Arbitraj Tribunalına müraciəti təmin edilib.
AFFA İntizam Komitəsinin 23.02.2021-ci il tarixində qəbul etdiyi qərarla klubumuz 19.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda komandamızın futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulmasına görə tətbiq olunan 3000 manat cərimə cəzasından azad edilib.
Klubumuza bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.