"Qarabağ" FK-nın məlumatı
14 Fev 2022
"Qarabağ" FK-nın məlumatı
UEFA Konfrans Liqasında "Olimpik Marsel" ilə qarşılaşacaq "Qarabağ" FK vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Azərbaycan Premyer Liqasının XVI turunda fevralın 20-də “Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib.
Peşəkar Futbol Liqası komandamızın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanı 20 fevral tarixindən 12 may tarixinə təxirə salıb.
