"QARABAĞ" FK TƏLİM MƏŞQ PROSESİNDƏ...

single-news
22 May 2006

"QARABAĞ" FK TƏLİM MƏŞQ PROSESİNDƏ...



"Qarabağ" Futbol Klubu çempionatın növbəti turunun və Azərbaycan Kuboku uğrunda final oyununun hazırlıqlarını davam etdirir. İki gün öncə millidən dönən futbolçular bir günlük istirahətdən sonra komanda ilə ilk məşqlərə başladılar. Bundan əlavə, "Neftçi" ilə kubokun cavab oyununda zədələnən Mübariz Orucov da bu gündən etibarən komanda ilə məşqlərə başladı. Bütün bunlar komandada vacib oyunlar öncəsi əhval-ruhiyyəni daha da artıran səbəblərdəndir. "Qarabağ" Futbol Klubu 22.05.2006-cı il tarixindən təlim məşq toplanışına yığıldı. Gündəlik iki dəfəlik məşq keçəcək komanda "Ambiance" otelində məskunlaşdı. Səhər və axşam məqşlərini T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçəcək komanda 25.05.2006-cı il tarixində yoldaşlıq görüşü keçirməyi də planlaşdırır. Bunu baş məşqçi uzun müddət oyunsuzluq səbəbindən futbolçuların formasının bərpası üçün vacib saymışdır. Rəqibin kimliyi hələ müəyyənləşməsə də, yüksək liqa komandası olması dəqiqdir. Bundan sonra bir gün istiahət edəcək komanda yenidən təlim məqş prosesini bərpa edərək, çempionatın son turu çərçivəsində "Gənclərbirliyi" ilə matça hazırlaşacaqlar.

Paylaş