"QARABAĞ" FK TƏLİM-MƏŞQ TOPLANIŞINI DAVAM ETDİRİR.

single-news
25 Yan 2005

"QARABAĞ" FK TƏLİM-MƏŞQ TOPLANIŞINI DAVAM ETDİRİR.



"Qarabağ" FK təlim- məşq toplanışını Antalyada davam etdirir. Futbolçuların fiziki hazırlığını başa çatdıran klub, yoldaşlıq görüşlərində də qüvvəsini sınayacaq. Əsas heyətin 6 oyunçusunun (R.Mehdiyev, S.Abbasov, A.Kərimov, A.Məmmədov, İ.Məmmədov, V.Nadirov)yaxın günlərdə qoşulacağı "Qarabağ" təlim məşq tplanışını fevralın 5-dək Antalyada davam etdirəcək. Hələlik heç bir oyunçu ilə müqavilə bağlanmasa da, heyətdə müxtəlif ölkələrdən baxışda olan futbolçular var.Bu futbolçular artıq Tbilisi "Zestafoni"si ilə oyunda özlərini göstərməyə çalışmışlar.Yaxın günlərdə Ukrayna "Arsenal"ı, Rusiya "Fakel"i və Xorvatiya "Rudniçski"si ilə də matçlar planlaşdırılır.Digər komandalar isə hələ dəqiqləşməyib. Günlərə gəldikdə isə, fevralın 3-dək bir gündən bir oyunlar planlaşdırılır.

Paylaş