Qarabağ FK təşəkkür edir!

single-news
13 İyl 2022

Qarabağ FK təşəkkür edir!



“Qarabağ” - “Lex” oyunu təşkilati baxımdan bir sıra yeniliklərlə yadda qaldı. Belə ki, azarkeşlərin stadiona rahat gəliş-gedişi və təhlükəsizliyi üçün klubumuz, həmçinin stadion əməkdaşları ilə yanaşı, polis əməkdaşları, Xüsusi xidmət orqanlarının əməkdaşları, səhiyyə işçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və könüllülər əllərindən gələni etdilər. Matçın təşkilində əməyi keçən hər kəsə - Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyinin əməkdaşlarına, Daxili İşlər Nazirliyinin oyunda xidmət göstərən yüksək rütbəli zabitlərindən sıravi əməkadaşlarına qədər hər kəsə, Xüsusi xidmət orqanlarının əməkdaşları, səhiyyə işçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına,  və eləcə də könüllülərə sonsuz təşəkkürlər!

 

“Qarabağ” FK olaraq, komandamıza daim dəstəyini əsirgəməyən və xüsusi qayğı ilə yanaşan Gənclər və İdman Naziri Fərid Qayıbova xüsusi minnətdarlığımızı bildiririk.

 

“Sürix”lə oyunda görüşənədək.

Paylaş

// pop up