"Qarabağ" FK "Ümid yeri" uşaq sığınacağında
24 May 2023
"Qarabağ" FK "Ümid yeri" uşaq sığınacağında
Bu gün "Qarabağ" FK və "Sirab" ASC birlikdə Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağının qonağı olublar.
Klubumuzun direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular - Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər.
Klubumuzun direktoru Emrah Çelikel uşaqlara sevinc yaşatmaq və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan tədbirlərin vacibliyindən söz açıb.
Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.