`Qarabağ` FK və `Xəzər-Lənkəran` ortaq bəyanatı

single-news
10 Mar 2012

`Qarabağ` FK və `Xəzər-Lənkəran` ortaq bəyanatı



Bugün `Qarabağ` FK və `Xəzər-Lənkəran` FK arasında görüş keçirilib. Görüşdə `Qarabağ` FK-nın direktoru Emrah Çelikel, `Xəzər-Lənkəran` FK-nın vitse-prezidenti Tuyqun Nadirov başda olmaqla `Qarabağ`ın `İmarət` fan-klubu, `Xəzər-Lənkəran`ın fanklubları və azarkeşlər iştirak ediblər. Tədbirin mövzusu premyerliqanın ilk dövrəsində Suraxanı qəsəbə stadionunda baş tutmuş `Qarabağ` - `Xəzər-Lənkəran` oyunu zamanı baş vermiş xoşagəlməz hadisələrinin aydınlaşdırılmasıyla yanaşı 2 yaxın klubun azarkeşləri arasında dostluq körpüsünün yaradılması idi. `Qarabağ` FK direktoru Emrah Çelikel futbolun idmanın şahı olduğunu bildirərək bu oyunun insanları birləşdirən dəyər olduğunu bildirdi. Suraxanıda baş tutmuş oyunda baş verənlərin təsadüf olduğunu, 2 böyük camiə azarkeşlərinin nümunə olması gərəkdiyini vurğuladı. `İmarət` fan klubunun ictimai fəallığını örnək olduğunu, bu görüşün baş tutmasının onların tolerant mövqeyi əlaqələndirən baş direktor Ağdamda azarkeşlərin `Xəzər-Lənkəran`ı ən gözəl şəkildə qarşılayacaqlarına inandığını bildirdi. `Xəzər-Lənkəran`ın vitse prezindenti Tuyqun Nadirov ölkənin 2 ən böyük azarkeş camiəsinə malik klubların meydanda rəqib , kənarda isə qardaş olduğunu vurğuladı. Ən maraqlı futbol mücadilələrinin məhz 2 komanda arasındkı oyunlarda qeyd olunduğunu bildirdi. Baş vermiş hadisənin səbəbkarını qınadığını bildirərək bu üzücü olayın unudulmasının və daha böyük dostluğun yaranmasına şərait yarandığını bildirdi. Ardınca azarkeşlər də çıxış etdi. Hər 2 klubun azarkeşləri baş verən hadisəni pisləyərək stadionda təxribat yaradan, öz millətinə qarşı etik olmayan hərəkət edənlərin əsl azarkeş olmadığını bildirdi. `Qarabağ` və `Xəzər-Lənkəran`ın Azərbaycan futbolu üçün böyük işlər gördüyü vurğulandı. Səmimi söhbət şəraitində keçən görüşdə tərəflər meydanda rəqib olub, meydandan kənarda isə daha sıx əməkdaşlıq edib, ictimai-sosial əməkdaşlıqla bağlı razılığa gəldilər. Sonda tərəflər xatirə şəkili çəkdirdilər.

Paylaş

// pop up