`Qarabağ` FK Xüsusi Olimpiya hərəkatında..

single-news
2 Dek 2010

`Qarabağ` FK Xüsusi Olimpiya hərəkatında..



Daim sosial layihələrə yüksək qiymət verən `Qarabağ` Futbol daha belə tədbirdə iştirak edib Azərbaycan Xüsusi Olimpiya Komitəsi, `Qarabağ` Futbol Klubu və `İnter` Peşəkar İdman Klubu birlikdə 3 dekabr Əlillər gününə həsr olunmuş mini futbol turniri keçirmişdir. Turnirdə Bakı-Abşeron və Sumqayıt şəhərinin aşağıda adları çəkilən komndaları iştirak etmişdir:Nəsimi rayonu, 11 saylı yardımçı məktəb; Sabunçu rayonu 11 saylı yardımçı məktəb; Xəzər rayonu, 16 saylı xüsusi internat məktəbi;Xəzər rayonu, 1 saylı yardımçı internat məktəbi; Qaradağ rayonu, 14 saylı xüsusi internat məktəbi; Xəzər rayonu, E.Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbi; Sumqayıt şəhəri, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbi;
Turnir 12-18 yaşlı oğlan və qızlar idmançıları arasında keçirilmişdir. Turnir 2011-ci ildə Yunanıstanın Afina şəhərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına seçmə xarakter daşımış və hazırlıq mərhələlərindən biri kimi tarixə düşmüşdür.
Gərgin keçən oyunları AFFA Hakimlər komitəsinin hakimləri idarə etmişlər.  Turnir sonunda I divizionda yarışın qalibi adına :Nəsimi rayonu, 11 saylı yardımçı məktəbi layiq görülmüşdür. Xəzər rayonu, E.Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbi 2-ci, Sabunçu rayonu 11 saylı yardımçı məktəbi isə 3-cü yerə sahib çıxmışlar.
II divizionda  isə ilk pillədə Qaradağ rayonu, 14 saylı xüsusi internat məktəbi qərarlaşıb. 2-ci pilləni Xəzər rayonu, 16 saylı xüsusi internat məktəbi, 3-cünü isə Xəzər rayonu, 1 saylı yardımçı internat məktəbi tutub.
Qızların yarışında isə Xəzər rayonu, 16 saylı xüsusi internat məktəbi 1-ci yeri tutub. E.Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbi 2-ci, Sabunçu rayonu 11 saylı yardımçı məktəbi isə 3-cü yerdə qərarlaşıb.
Yarış sonunda təntənəli mükafatlandırma mərasimi baş tutub. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev daim belə yarışların keçirilməsində verdikləri dəstəyə görə `Qarabağ` Futbol Klubu və `İnter` Peşəkar İdman Klubuna təşəkkür edib. Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Medallar, diplom və digər hədiyyələri mükafatçılara UNİSEF-in Azərbaycandakı səfiri, `Qarabağ` FK və `İnter` PİK nümayəndələri təqdim ediblər.

 

Paylaş

// pop up