`Qarabağ` Futbol Klubu qanvermə aksiyasında iştirak etmişdir
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
31 May 2011
`Qarabağ` Futbol Klubu qanvermə aksiyasında iştirak etmişdir
`Qarabağ` Futbol Klubu daha bir sosial aksiyada iştirak etmişdir. Beynəlxalq talessemiya ilə mübarizə günü münasibətiylə `Azərsun Holdinq`də qanvermə aksiyası keçirilmişdir. Artıq ənənəyə çevilən aksiyaya Holdinqin geniştərkibli heyəti də qatılmışlar. `Azərsun Holdinq` və `Qarabağ` Futbol klubunun prezidenti cənab Abdolbari Goozal da bu xoşməramlı tədbirdə iştrak etmişdir. Goozal bəy tədbirdə çıxış edərək belə xeyirxah tədbirin əhəmiyyətindən danışaraq yer üzərində yaşayan hər bir insanın maddiyatından asılı olmayaraq öz mənəvi dəstəyini göstərməsinin vacibliyindən danışdı. Verdiyimiz qanın hər hansısa insanın həyata qayıtmasına yardım etməsini düşünmək belə mənəvi dünyamızı genişləndirən amil kimi qiymətləndirdi. Ardınca Goozal bəy qan verərək aksiyaya daha aktiv dəstək oldu.
`Qarabağ`FK-nın kollektivi də aksiyada fəal iştirak ediblər. Başda klubumuzun direktoru Işık Emrah Çelikel olmaqla idari, texniki və inzibati heyətimiz ehtiyacı olanlar üçün qan veriblər.
`Qarabağ`FK-nın kollektivi də aksiyada fəal iştirak ediblər. Başda klubumuzun direktoru Işık Emrah Çelikel olmaqla idari, texniki və inzibati heyətimiz ehtiyacı olanlar üçün qan veriblər.