“QARABAĞ” FUTBOL KLUBU “SİLENCE PARK RESORT”-DA - I gün . . .

single-news
4 Yan 2007

“QARABAĞ” FUTBOL KLUBU “SİLENCE PARK RESORT”-DA - I gün . . .



“Qarabağ” Futbol Klubu 04.01.2007-ci ii tarixində səhər saatlarında Türk Hava Yollarının Bakı – İstanbul – Antalya reysi ilə təlim məşq toplnışına yollandı. Türkiyə vaxtı ilə səhər saat 7-də İstanbula çatan komanda 9:30-da Antalya Hava Limanına endi.. Təqribən 1 saatlıq avtobusla yolçuluq komandanı mənzil başına çatdırdı . . . “SİLENCE PARK RESORT” . . . Saat 11 radələrində “Qarabağ” Futbol Klubu Antalyanın Side turist bölgəsinin beş ulduzlu “Silence Park Resort” otelinə çatdı. 13:00-da nahar edən təlim məşqə yollanmış “Qarabağ”lılar 14:00-da toplantı keçirdilər. Toplantıda təlim məşq prosesi zamanı görüləcək bütün işlərə toxunuldu. Bütün bunlar barədə komandanın Baş Məşqçisi Rasim Kara komandanı məlumatlandırdı: “İlk öncə bütün klub üzvlərimizi keçmiş bayramlar münasibətilə təbrik edirəm. Komadamız bu gündən 2-ci dövrənin hazırlığına start verir. Gündəlik iki dəfəlik məşqlərimiz aradabir istirahətlə müşaidə olunacaq. Yoldaşlıq görüşləri də planlaşdırırıq ki, rəqiblərimizn adlarını da yaxın günlərdə biləcəksiniz. Səhər məşqlər 9:30-11:00 arası, 2-ci məşq isə 16:00 – 17:30 arası keçiriləcək. İlk məşqlər fiziki – kondisyon, tədricən isə taktiki – texniki hazirlıqlara üstünlük verəcəyik. Əlbətdə psixoloji hazırlığı da unutmayacağıq. Bundan başqa vaxtaşırı testlər də aparılacaq ki, bu da hazırlığın futbolçuya nə qədər təsir etdiyini öyrənmək üçündür...” Baş Məşqçimiz gəncləşdirməyə də toxundu: “Komandaya çoxlu gənc futbolçular cəlb etdik. Bunlarla nə nəticə qazanacağımızı ən yaxın zamanda görəcəksiniz. Əgər yaşlı futbolçularla komanda 9-cu yerdə gedirsə niyə də gənclərlə uğur qazanmağa çalışmayaq. Amma bu o demək deyil ki, biz yaşlı futbolçulardan üz döndəririk. Komandaya xeyri dəyəbiləcək hər bir futbolçu üçün indi də qapımız açıqdır və mən hər bir mövqedə belə bir futbolçu indi də axtarıram...” Bundan sonra bəzi klub daxili məsələlərə toxunan Rasim Kara toplantını yekunlaşdırdı. Uzun yolculuqdan sonra yorğun olan komanda üzvlərinə bu günlük istirahət verildi. Beləliklə, “Qarabağ” Futbol Klubunun təlim məşqin ilk gün başa çatdı... Klubun təlim – məşq prosesini ən operativ şəkildə izləmək üçün hər gün saytımızı ziyarət tməyi unutmayın...

Paylaş

// pop up