`Qarabağ` Futbol Klubunun dəstəyi ilə..fotoqalareya
`Qarabağ` Futbol Klubunun dəstəyi ilə..fotoqalareya
2009-cü il 01-03 deakbr tarixləri arasında `Ruslan-93` idman klubu bazasında Azərbaycan Xüsusi Olimpiya Komitəsi və `Qarabağ` Futbol Klubu ilə birlikdə 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş futbol turniri keçirilib.
Turnirdə Bakı, Abşeron və Sumqayıtın 10-a yaxın xüsusi, yardımçı məktəb və internatların qız və oğlan komandaları iştirak edib.
Yarışlar `Koka-Kola` şirkətinin və `Qarabağ` Futbol Klubunun sponsorluğu ilə təşkil olunur və keçirilib.
Bu yarışlar 2010-cu ilin sentyabrında Polşa respublikasının paytaxtı Varşava şəhərində keçiriləcək Avropa Xüsusi Yay Olimpiya oyunlarına seçmə xarakter daşımaqla bərabər hazırlıq mərhələlərindən biridir.
Yarışlarda aşağıda göstərilən yardımçı, xüsusi məktəb və internatların komandaları iştirak edib:
Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi
Nəsimi rayonu 11 saylı yardımçı məktəb
Suraxanı rayonu 7 saylı yardımçı internat
Sabunçu rayonu 11 saylı yardımçı internat
Əzizbəyov rayonu 1 saylı yardımçı internat
Əzizbəyov rayonu 16 saylı xüsusi internat
Əzizbəyov rayonu E. Mirzəyev adına Respublika xüsusi internat məktəbi
Sumqayıt şəhər xüsusi internat məktəbi
Yarışların təqdimetmə mərasimində Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və `Qarabağ` Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov iştirak etmişdir. Qurban bəy saytımıza verdiyi açıqlamada belə tədbirlərin çox olmasının faydalı olmasında danışıb:` Bir vətəndaş olaraq belə tədbirlərdə iştirak etmək fərəhvericidir. Futbolun kütləviliyi üçün bütün sferalarda məqsədli tədbirlərin keçirilməsi vacibdir. İnanıram ki, bu uşaqların arasından sabah böyük ulduzlar yetişə bilər. Çünki, onlar qazandıqlarını qədrini daha yaxşı anlayır.`
XOK-un prezidenti Şahin Əliyev isə bunları vurğuladı:` Sevinirəm ki, futbola maraq gtetdikcə artır. XOK-un planında beynəlxalq əlillər günü, aprelin son həftəsində keçirilən futbol həftəsi iyunda uşaqlar günü münasibətiylə belə yarışlar keçirməyi planlaşdırırıq. Aprel və İyun turnirlərində `Qarabağ` Futbol Klubunun aşağı yaş qrupları da adıçəkilən yarışlarda iştirak edəcəkdir. Biz yarışları 12-14 yaşlı uşaqlar arsında keçiririk. Əsas məqsədimiz belə məktəblərin uşaqlarını cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Sevindirci haldır ki, getdikcə belə tədbirlərə maraq daha geniş vüsət alır. `Qarabağ` Futbol Klubunun rəhbərliyinə bizə verdikləri hər tərəfli dəstəyə görə təşəkkürümüzü bildiririk.`
Tədbirdən maraqlı anlara FOTOQALEREYA bölümündə...