"Qarabağ" futbolçuları ilə müqavilə imzaladı (FANAT.AZ)
29 May 2010
"Qarabağ" futbolçuları ilə müqavilə imzaladı (FANAT.AZ)
Yalnız Rəşad Sadıqovla Elnur Allahverdiyev yeni anlamaşa imza atmayıb
Fanat: Avropa Liqasına hazırlaşan "Qarabağ" bütün futbolçularını heyətində saxlamaq qərarına gəlib. Fanat.az-ın əldə etdiyi məlumata görə, bu məqsədlə aparılan danışıqların əksəriyyəti müsbət nəticələnib. belə ki, hazırkı heyətdən yalnız iki futbolçu ilə hələ anlaşma əldə edilməyib.
Bütün futbolçuları ilə yeni müqavilə imzalayan Ağdam təmsilçisində yalnız Rəşad Sadıqovla Elnur Allahverdiyev yeni anlaşmaya imza atmayıb. Amma onların da yaxın günlərdə yeni müqavilə imzalayacağı gözlənilir. Belə ki, artıq klub rəhbərliyi millinin hər iki üzvü ilə anlaşmaq üzrədir.