"QARABAĞ" - "GƏNCƏ" 1:1

single-news
20 May 2005

"QARABAĞ" - "GƏNCƏ" 1:1



"Qarabağ" - 1. R.Mehdiyev, 3.A.Kolinenko(15.M.Orucov,60), 4.V.Boqaç, 5.A.İbrahimov, 2.A.Kərimov, 7.A.Məmmədov(17.V.Nadirov,49),8.A.Cabbarov, 21.İ.Məmmədov, 91.D.Sokolovskiy, 9.S.Musayev(14.İ.Karamanov,67), 10.V.Vasilyev. "Gəncə" - 55.E.Kokoyev, 2.X.Mustafayev, 3.İ.Yadullayev, 5.R.Sadıxov, 6.Ə.Abışov, 18.İ.Hüseynov(4.İ.Hüseynov,76), 7.E.Xankişiyev, 8.İ.Beriya, 9.M.Xutsişvili(16.V.Qurbanov,82), 10.E.Qurbanov, 11.Q.Beriya(14.S.Məmmədov,67). Sarı vərəqələr:9.M.Xutsişvili-25 dəq (Gəncə); 2.A.Kərimov-55 dəq, A.Cabbarov - 85dəq (Qarabağ). Qollar: X.Mustafayev,22 dəq.("Gəncə") 10.V.Vasilyev, 83 dəq. ("Qarabağ") Matç qarşılıqlı hücumlarla başlandı. Amma "Qarabağ"ın hücumları o qədər də kəsərli alınmırdı. Bunun əvəzində rəqibin hücumları isə qapımıza zərbələrlə başa çatırdı. Qapıda isə Rauf Mehdiyev gözəl qurtarışları ilə diqqət çəkirdi. 22-ci dəqiqədə isə Rauf da komandasına kömək edə bilmədi. İlk zərbənin qarşısını qapıçı alsa da, təkrar zərbə qapı torunu silkələdi. Bundan sonra bir qədər də aktivləşən "Qarabağ" ilk yarının sonlarınadək hesabı bərabərləşdirə bilmədi. İkinci hissə tam fərqli başladı. Meydanda artıq əsl "Qarabağ" var idi. Rəqibi qapısına sıxan "Qarabağ" əks hücumların qarşısını da meydanın mərkəzindəcə alırdı. Amma yenə də son zərbəni vurmamaq "Qarabağ"ı büdrədirdi. 83-cü dəqiqədə Vadim Vasilyev hesabı bərabərləşdirə bildi.Matçın sonlarında Vadim matçın qəhrəmanına da çevrilə bilərdi. Amma o 3 metrədən qapını nişan ala bilmədi. İki matçdan bir xal toplayan komandamız hələ iki tur öncəki liderlikdən dördüncü yerə düşdü. Digər oyunlar belə nəticələnmişdir: ”MKT-Araz” - “Gənclərbirliyi” 2:1 ”Bakılı” - “Göyəzən” 1:3 ”İnter” - “Şəmkir” 2:1 ”Neftçi” - “Turan” 2:1 ”Karat” - “Bakı” 0:1 MOİK - “Karvan” 0:2 ”Xəzər-Lənkəran” - “Şahdağ-Samur” 5:0 ”Ədliyyə”*

Paylaş