“Qarabağ” Gəncədəki böhrandan yararlandı (FUTBOL+, 04.02.2006)

single-news
4 Fev 2006

“Qarabağ” Gəncədəki böhrandan yararlandı (FUTBOL+, 04.02.2006)



Bəzi futbolçuların maddi durumu ürəkaçan olmayan “Gəncə”dən ayrılmasından maksimum yararlanan “Qarabağ”ın 6 oyunçunu sıralarına qatdığını xəbər vermişdik. Elmir Xankişiyev istisna olmaqla, onları hətta “Gənclərbirliyi” ilə son yoxlama matçında sınaqdan keçirən baş məşqçi Böyükağa Ağayev artıq dörd futbolçu haqda müsbət qərar verib. Belə ki, iki gün öncə Azər Məmmədov, Sergey Sokolov, Qoqa və İrakli Beraya qardaşlarıyla rəsmi müqavilə imzalanıb. Dövrələrarası fasilədə xeyli arxa xətt oyunçusu sınamasına rəğmən, “Qarabağ” rəhbərliyinin məhz təcrübəli Azərlə Sergeyə bel bağlaması başadüşüləndi. Onlarla 6 aylıq müqavilə bağlanıb. Elə mərkəz yarımmüdafiəçisi Qoqayla hücumçu İrakli də cari mövsümün sonundək Ağdam təmsilçisinin uğurları üçün tər tökəcək. Sonradan onlarla müqavilə müddətinin uzadılması da mümkündü. Ramiz Hüseynovla Elmirin keçidi isə hələ ki, açıq qalır. “Qarabağ” rəsmilərindən aldığımız məlumata görə, “Gəncə”dən transfer vərəqini ala bilmədikləri üçün bu iki oyunçuyla anlaşa bilmirlər. Amma bu problem həllini tapacağı təqdirdə onlar da mövsümün sonunadək karyerasını “Qarabağ”da davam etdirəcək. Hər halda, qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcəyi gözlənilir. Elə ağdamlıların ilk transferi Romal Hüseynovla birgə “Qarabağ”a gələcəyi gözlənilən Asen Nikolovun da keçidi həll olunmamış qalır. Bolqarıstanda olan yarımmüdafiəçinin transferi yalnız “Turan”la problemləri yoluna qoyduqdan sonra reallaşacaq. Bu səbəbdən klub rəhbərliyi onun gəlişini gözləmək məcburiyyətində qalıb. Hazırda baxışda olan Bojan İliçlə Zoran Çilinşek haqda da yekun qərar çıxarılmayıb. Qarabağ”ın yeniləri milli çempionatımızda Azər Məmmədov 1992 Kəpəz 3 - 1993 Kəpəz 8 1 1993/94 Kəpəz 15 - 1994/95 Xəzri B 20 - 1995/96 Kəpəz 27 5 1996/97 Kəpəz 5 1 1996/97 OİK 14 - 1997/98 OİK 3 - 1997/98 Kəpəz 9 - 1998/99 Kəpəz 35 5 1999/00 Şəmkir 19 - 2000/01 Şəmkir 19 2 2001/02 Şəmkir 23 - 2003/04 Şəmkir 24 2 2004/05 Turan 31 2 2005/06 Gəncə 13 - Qoqa Beraya 2004/05 Gəncə 15 1 2005/06 Gəncə 11 2 İrakli Beraya 2004/05 Gəncə 16 3 2005/06 Gəncə 13 8 Sergey Sokolov 2004/05 Gəncə 14 1 2005/06 Gəncə 13 1 Qeyd: 1 - mövsüm, 2 - klub, 3 - oyun, 4 - qol.

Paylaş