"QARABAĞ" "GƏNCLƏR GÜNÜ AĞDAMA NÖVBƏTİ SƏFƏRİNİ EDƏCƏK.( ÜÇ NÖQTƏ, 01 FEVRAL,2005)

single-news
1 Fev 2005

"QARABAĞ" "GƏNCLƏR GÜNÜ AĞDAMA NÖVBƏTİ SƏFƏRİNİ EDƏCƏK.( ÜÇ NÖQTƏ, 01 FEVRAL,2005)



"Qarabağ" Futbol Klubunun ötən ilin sonunda Ağdama səfəri böyük təəssüratlar yaratdı. Orada komandaya bəslənən sevgi səfərdə olmuş hər bir kəsin qəlbinə əbədi həkk olundu. Bunu səfərdən sonrakı görüşlər də sübut etdi. Ağdama səfərin bir ayı yenicə tamam olmasına baxmayaraq, "Qarabağ" yenə də bu bölgəyə səfər edəcək. Bu dəfə "Gənclər günü" münasibətilə Quzanlı bölgəsinə "Qarabağ-2" komandası gedəcək. Fevralın 2-nə planlaşdırılan səfər Ağdamın Üçoğlan, Quzanlı və digər kəndlərinə olacaq, oradakı gənclərlə görüş keçiriləcək. Ağdamın gənclərdən ibarət komandası ilə "Qarabağ-2" komandasının qarşılaşması isə səfərə başqa bir rəng qatacaq. Oyunda məqsəd təkcə səfəri daha da rəngarəng etmək yox, həm də bölgədə futbol oynamaq istəyən, amma şəraitləri buna imkan verməyən gəncləri gələcəkdə "Qarabağ-2"yə cəlb etməkdir. Onların arasından perspektivli oyunçuların seçilib, onların futbol oynaması üçün şəraitin yaradılması "Qarabağ"ın başlıca məqsədidir.

Paylaş