"QARABAĞ" - "GƏNCLƏRBİRLİYİ" 1:0

single-news
4 Mar 2005

"QARABAĞ" - "GƏNCLƏRBİRLİYİ" 1:0



"Qarabağ" : 12. V.Kovalyov, 3.A.Kolinenko, 4.V.Boqaç, 8.A.Cabbarov, 18.N.Həsənov, 2.A.Kərimov, 91.D.Sokolovski (7.A.Məmmədov,80) 21.İ.Məmmədov, 5.M.E.Özmən(14.R.Musayev,85), 9.S.Musayev, 17.V.Nadirov. "Gənclərbirliyi" : 16.F.Vəliyev, 4.E.Paşayev, 5.M.Kahraman, 9.V.Hüseynov, 10.N.Əliyev, 11.M.Ə.Arslan, (N.Tağıyev, 60)13.H.Ağayev(R.Poladov,53), 17.İ.Nikiema, 18.S.Abdulov, (Z.Məmmədov,63) 20.O.Ağayarzadə, 27.M.İbrahim. Qol: 17.Vüqar Nadifrov - 1 dəqiqə. Oyunun ilk dəqiqəsi "Qarabağ"ın qolu ilə yadda qaldı. Mərkəzdən ötürməni Vüqar Nadirov saxlamadan qarşısı alınmaz zərbə ilə Vəliyevin qoruduğu qapıdan keçirtdi.7-ci dəqiqədə Engin Özmən Vüqara daha bir qol şansı yaratdı. Bu dəfə isə qapıçı zərbənin qarşısını ala bildi. 15-ci dəqiqədə Yenə Engin bu dəfə Samir Musayevə əla ötürmə etdi. İkincinin zərbəsi isə alınmadı. 34-cü dəqiqədə Vüqar dublunu reallaşdırmaq üçün əla şans qazandı. Lakin yenə də top qapıdan azacıq aralı keçdi. 37-ci dəqiqədə Vüqar Nadirovun ötürməsindən sonra Samir Musayev qapıçı ilə təkbətək qaldı. Qapıçı əla reaksiya ilə Samirin zərbəsinin qarşısını ala bildi... İkinci hissə də "Qarabağ"ın tam üstünlüyü ilə davam etdi. "Gənclərbirliyi" isə əks hücumlarda uğur qazanmaq istəyirdi ki, bu da onlarda alınmadı. Bunun əvəzinə kobud oyunla bir neçə oyunçuları sarı vərəqə ilə cəzalandırıldı. Əvəzində isə "Qarabağ" bir neçə real qol şansını əldən verdi. Digər oyunlar belə nəticələnmişdir: ”Turan” - “Bakı” oyun yarımçıq dayandırılıb. ”Xəzər-Lənkəran” - “Karvan” təxirə salınıb. ”Neftçi” - “Göyəzən” 1:0 ”İnter” - MOİK 1:0 ”Karat” - “MKT-Araz” 1:0 "Qarabağ" - "Gənclərbirliyi" matçından foto görüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş