"QARABAĞ" "GƏNCLƏRBİRLİYİ" İLƏ QARŞILAŞDI

single-news
13 Noy 2004

"QARABAĞ" "GƏNCLƏRBİRLİYİ" İLƏ QARŞILAŞDI



Yığma komandanın yoldaşlıq oyunu ilə əlaqədar ölkə çempionatinda yaranmış fasilədən istifadə edən "Qarabağ" Sumqayıtda "Gənclərbirliyi" klubuyla yoldaşlıq görüşü keçirib. Oyunda əsasən ikinci heyətlə meydana çıxan komandamızda baxışa çağırılan yeni legionerlər də sınaqdan keçirilib. Bu legionerlərin 2-si Braziliyadan, biri Rusiyadan, biri isə Gürcüstandan olub. Görüş 4-2 hesabı ilə "Gənclərbirliyi"nin xeyrinə başa çatıb. Komandamızın qollarını isə Braziliyalı legionerlər vurub. "Qarabağ" hazırda noyabrın 21-də keçiriləcək səfərdə "Karat"la oyuna hazırlığını davam etdirir.

Paylaş