"QARABAĞ" GƏNCLƏRİ "İNTER"Lİ HƏMYAŞIDLARINA DƏRS KEÇDİ: 5:0 ; 3:0.

single-news
21 Noy 2005

"QARABAĞ" GƏNCLƏRİ "İNTER"Lİ HƏMYAŞIDLARINA DƏRS KEÇDİ: 5:0 ; 3:0.



2005-06-cı il mövsümündə Güclülər dəstəsində yarışan FK-nın nəzdində uşaq komandaları arasında Azərbaycan birinciliyində növbəti turun oyunları keçirildi.Bu turda "Qarabağ" "İnter"in qonağı oldu. 1988-89-cu il təvəllüdlülərin yarışında "İnter" turnir vəziyyətini düzəltmək üçün bəlkə də bu görüş son şans idi. Lakin "Qarabağ" vurduğu beş qolla rəqibə nəinki şansdan istifadə etməyə, heç o haqda düşünməyə də macal vermədi. Qolları rəqib qapısından Əfran İsmayılov, Yasin Yaqubov (2), Orxan Bəşirov və Şahin Xasaylı keçirmişdir. Bu qələbədən sonra "Qarabağ" 6 oyundan 15 xalla ilk dövrəni lider kimi başa vurdu. 1990-91-ci il təvəllüdlülər də "İnter"lı həmyaşıdlarını məğlub edə bildi. Onlar rəqib qapısından üç cavabsız top keçirdi. Topları Elgiz Kərimli, Röyal Nəcəfov və Sabir Cavadov keçirdi. Bu yaş qrupunda isə , "Qarabağ" 9 xalla 2-3 yeri bölüşdürür.

Paylaş