Yüksək dəstə komandalarının aşağı yaş qrupları üzrə keçirilən 1989-1990 və 1991-1992-ci il təvəllüdlü yeniyetmələrin çempionatında növbəti turun oyunları keçirilib. “Qarabağ” Futbol Klubunun hər iki yaş qrupunda çıxış edən komandası bu tur çərçivəsində Sumqayıtın “Gənclərbirliyi” klubunu qəbul edib. Sevindirici haldır ki, hər iki komanda meydandan qələbə ilə ayrıla bilib. Yuxarı yaş qrupunda çempionluğa oynayan komanda sumqayıtlıları darmadağın edib. Emin Salmanovun yetirmələri rəqibi 7 dəfə məyus edib, əvəzində qonaqların bir qola sevinməsinə əngəl ola bilməyib. “Qarabağ”ın qollarını Cavid Musayev 2, Samir Əliyev 2, Asəf Qasımov, Ramni İrzazadə və Fuad Vahabzadə imza atıb. Bununlada aktivindəki, xalların sayını 19 çatdıran “Qarabağ” ikinci pillədəki yerini möhkəmlədib. Xatırladaq ki, bu yaş qrupunda turnir cədvəlinə “İnter” komandası başçılıq edir. Onun aktivində 24 xalı var.
Digər komandamız 1991-92 –ci il təvəllüdlü yeniyetmələrimiz isə isə minimal hesabla qalib gəlib. Xəyal Həsənovun tələbələri 1 qola üzülsələrdə, Elvin Kərimov və Kərim Diniyevin qollarıyla sonda sevinən tərəf olub. Bununlada 15 yaşlılarımız 4-cü pillədə yerini qoruyub. . .