“QARABAĞ” GƏNCLƏRİ TƏCRÜBƏSİZLİYİN QURBANI OLDU
“QARABAĞ” GƏNCLƏRİ TƏCRÜBƏSİZLİYİN QURBANI OLDU
“Qarabağ” Qaxa komandanın təcrübəli futbolçuları Aslan Kərimov, Cahangir Həsənzadə, Kənan Kərimov və Samir Abbasovu aparmamışdı. Baş məşqçi Rasim Karanı əvəz edən Tayfun Gürsel kapitan sarğısını klubun yetirməsi olan Hüseyin İsgəndərova həvalə etmişdi. Üstəlik, Vaqif Cavadovda xəstə olması onu komandadan ayrı salmışdı. Belədə, ön xəttdə Rauf Əliyevə güvənən Komandamız 4-5-1 taktiki sxemiylə oyuna çıxmışdı. PROTOKOL
Görüşdə qapıya doğru ilk zərbə 1-ci dəqiqədə vuruldu. Hakan Dəmir zərbəsi qapının üzərindən keçdi. Daha çox meydanın mərkəzində gedən oyunda növbəti təhlükəli vəziyyət 13-cü dəqiqədə yarandı. Qoqa Bereyanın uzaq məsafədən vurduğu zərbə dirəkdən döndü. Getdikcə təcrübəli futbolçularının hesabına oyunu bərabərləşdirən “Simurq” ərazi üstünlüyünü ələ keçirməyə çalışsalarda ev sahibləri təhlükəli vəziyyət yaratmağa çətinlik çəkirdilər. Təsadüfi deyil ki, matç sonrası “Simurq”un baş məşqçisi Roman Pakora ilk yarıda “Qarabağ”ın daha yaxşı oyun sərgilədiyini təcrübəli hesabına oyunu udduqlarını bildirdi. Lakin Zaqatala komandası yaratdığı 45-ci (!) dəqqədə ilk təhlükəli vəziyyətdəcə qola sevindi. Matç ərzində komandasının ən yaxşısı olan Ramil Sayadov İliçin səhvindən sonra ötürülən topu cərimə meydançası daxilində Mazyara ötürdü, legioner isə hesabı açdı. İlk yarıda buraxdığı qoldan “sınan” gənclərimiz ikinci yarıda eyniylə ilk qolunun təkrarına 53-cü dəqiqədə üzüldü. Maraqlıdı ki, bu dəfə ötürməni Ramil Sayadov etdi. Bu qolda Əfran İsmayılovunda səhvini qeyd etməliyik. Lakin 75-ci dəqiqədə Mazyarın 3-cü qolunda ukraynalı özü “əziyyət” çəkdi. “Qarabağ” ikinci yarıda ən real vəziyyəti Bereya ilə yaratdı. Lakin gürcünün zərbəsi qapının üstündən keçdi. Beləliklə, gənclərdən qurulan komandamız cari mövsümdə sonuncu səfər oyununu başa vurdu.
Daha çox və böyük ölçülü fotolar üçün aşağıdakı bölümə daxil olun:
