`Qarabağ` genişləndi

single-news
1 Noy 2012

`Qarabağ` genişləndi



`Qarabağ` AZAL-la oyunun hazırlıqlarına başladı. Bazar günü premyerliqanın XII turunda təyyarəçi`ləri qəbul edəcək komandamız bugün 12:00-da Suraxanı qəsəbə stadionunda məşq keçib. Ötən oyunda heyətlə bağlı ciddi problemlər yaşayan `Qarabağ`ımız AZAL-la oyun üçün heyətini genişləndirib. Belə ki, uzun müddətdir  komandadan ayrı düşən Əfran İsmayılov kollektivlə məşqlərə başlayıb. Rəşad Sadıqov isə xüsusi nəzarət altında fərdi məşqlər yerinə yetirir. Cəzasını başa vuran Maksim Medvedev sıraya geri dönüb. Türkiyədə əməliyyat olunan Ansi Aqolli isə artıq Bakıdadır. Alban müdafiəçi AZAL-la oyuna yetişməsə də növbəti turda meydana çıxma ehtimalı yüksəkdir.
Qeyd edək ki, `Qarabağ` - AZAL Noyabrın 4-də saat 15:00-da Tofiq Bəhramov adına mərkəzi arenada keçiriləcək. 

Paylaş

// pop up