“QARABAĞ” GERI DÖNDÜ

single-news
25 Yan 2007

“QARABAĞ” GERI DÖNDÜ



“Qarabağ” Futbol Klubu 20 günlük təlim-məşq toplantısından sonra bu gün səhər Bakıya dönüb. Qış hazırlığına hamıdan tez Yanvarın 4-də start verən komandamız hələlik istirhət edəcək. Yanvarın 28-dən isə çempionatın ikinci dövrəsinin hazırlığının Bakı mərhələsi başlayacaq. Hələlik məşqlərlə kifayətlənəcək komandamız tezliklə növbəti yoxlama görüşü keçirməyi planlaşdırırlır. Azərbaycan çempionatının yüksək dəstəsinin təmsilçisi “Olimpik”lə matçın yanvarın 31-də keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, Türkiyədə baş məşqçimiz Rasim Karanın nəzarəti altında yüksək səviyyəli hazırlıq dönəmi keçirən komanda da əla abu-hava hökm sürür. Yeganə üzücü hal isə aparıcı müdafiəçimiz Azər Məmmədovla bağlıdır. “Sivasspor”la macda zədələnərək sıradan çıxan millimizində şərəfini qoruyan 30 yaşlı futbolçu türkiyəli həkim Mehmet Binnet tərəfindən əməliyyat olunub. Azərin ikinci dövrənin başlanğıcında komandaya kömək edə biləcəyi çətin görünür. Əvəzində, “Qarabağ” klubu ilk dövrədə komandaya kömək edə bilməyən Qoqa Bereyanın dönüşünə sevinir. Hazırlıq dönəmində əla təsir bağışlayan Qoqa tezliklə yenidən meydanda fırtına kimi əsəcək.

Paylaş

// pop up