“QARABAĞ” GERİ DÖNDÜ
21 İyl 2007
“QARABAĞ” GERİ DÖNDÜ
21 günlük Türkiyə toplanışından sonra “Qarabağ” Futbol Klubu bu gün səhər saatlarında Bakıya döndü. 24 –ü yenə toplanacaq komanda hazırlıqlarını Bakıda davam etdirəcək. Vətənində qalan baş məşqçimiz Rasim Kara da toplanışa həmin gün qatılacaq. Müqavilə bağlamağa hazırlaşdığımız Liberiya millisinin üzvü İsaak Puponun da sənədləri qaydasındadır və pleymeyker həmin gündə komandaya qoşulacaq. Digər leginerlərimiz Qoqa və İrakli Bereya qardaşları isə qısa fasilədən istifadə edərək doğma şəhərlərinə yollanıb. Qeyd etdiyimiz kimi, 25 –i tam heyətlə məşqləri bərpa edəcək “Qarabağ”ın ayın sonuna qədər U-19-la yoldaşlıq oyunu keçirməyi gözlənilir.