"QARABAĞ" GERİ DÖNDÜ
"QARABAĞ" GERİ DÖNDÜ
"Qarabağ" Futbol KLubu artıq Bakıdadır. Türkiyənin Antalya şəhərinin Bələk bölgəsndəki "İC SANTAİ" Otelində 21 günlük təlim-məşq toplanışı keçən komandamız dünən səhər saatlarında Bakıda idi.
Komandamızın baş məşqçisi Rasim Kara futbolçulara 3 günlük istirahət verib. Belə də Stavropola gedən Qoqa Beraya və Türkiyədə qalan İsaac Pupo Bakıya ayın 29-u dönəcək. Eyni zamanda vətənlərində 2 gün qalacaq Rasim Kara və komandaya yeni qoşulan fiziki hazırlıq üzrə koordinator Mehmet Ak paytaxtımıza həmin gün gələcək. Yanvarın 30-u, 15:00-da tam heyətlə bazaya yığışacaq komandamız elə həmin gündə ilk məşqə çıxacaq. Türkiyədən dönən heyətdə heç bir zədəli futbolçunun olmaması texniki heyəti sevindirməyə bilməz.
Bu arada xəbəriniz olsun ki,fevralın 16-da ikinci dövrənin keçiriləcək ilk turuna kimi Bakıda hazırlıqlarını davam etdirməyi planlaşdıran komandamız bir neçə yoxlam görüşü keçirməyə hazırlaşır. Rəqiblərin adları hələ bəlli deyil.