QARABAĞ - GÖYƏZƏN oyun öncəsi (HET TRİK, 11.11.2005)

single-news
11 Noy 2005

QARABAĞ - GÖYƏZƏN oyun öncəsi (HET TRİK, 11.11.2005)



Gözlənilmədən autsayderlər qrupunda yer alan "Qarabağ" bu zonadan uzaqlaşmaq üçün aşkar autsayder "Göyəzən"i məğlub etməlidir. Matç ərəfəsində "Azərsun Holding" şirkətində çalışan şəxslərdən birinin toy mərasimində iştiriak edən "Qarabağ" futbolçularının kefi kökdür. Son oyunlarını "Şəfa" stadionunda keçirən "Qarabağ" məkanı yenidən dəyişib. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu hazır vəziyyətə gətirildiyindən, Ağdam klubu bu turdan etibarən "ev" oyunlarını doğma meydanda keçirəcək.

Paylaş