"QARABAĞ" "GÖYƏZƏN"I T.İSMAYILOVDA QƏBUL EDƏCƏK. (ÇEMPİON, 28.10.2005)

single-news
28 Okt 2005

"QARABAĞ" "GÖYƏZƏN"I T.İSMAYILOVDA QƏBUL EDƏCƏK. (ÇEMPİON, 28.10.2005)



Həftəsonu "İnter"in qonağı olacaq "Qarabağ" hazırlıqlarını davam etdirir. Dünən Həvəskarlar Liqasında çıxış edən "Qarabağ-2" ilə yoxlama görüşü keçirən ağdamlılar asanlıqla rəqiblərini məğlub ediblər. Sergey Kravçenko 2, Aleksandr Voskoboynik isə bir dəfə fərqləndiyi görüşdə "Qarabağ" 3:0 hesabı ilə qalib gəlib. Komandanın düşərgəsindən daha bir xəbər. Belə ki, təmirə bağlanan Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun ağdamlıların növbəti görüşünə qədər hazır olacağı gözlənilir. Yəni "Qarabağ" noyabrın 13-də "Göyəzən"i məhz bu stadionda qəbul edəcək.

Paylaş