“Qarabağ” hakim qərəzçiliyindən AFFA müraciət edib (APA, 19.12.2005)

single-news
19 Dek 2005

“Qarabağ” hakim qərəzçiliyindən AFFA müraciət edib (APA, 19.12.2005)



Ölkə çempionatının birinci dövrəsinin son turunda “Gənclərbirliyi” ilə oyunda hakim qərəzçiliyi ilə üzləşdiyini iddia edən “Qarabağ” klubunun rəhbərliyi bu gün AFFA-ya məktub ünvanlayıb. Klubun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş hakim Vüsal Əliyev oyunun nəticəsinə birbaşa təsir edən səhv edərək, 76-cı dəqiqədə vurulan qolu hesaba almayıb. Məktubda eyni zamanda, beynəlxalq dərəcəli hakimin bir neçə kobud səhvləri qeyd olunub və AFFA rəhbərliyindən görüşün videoyazısına baxıb ədalətli qərar çıxarılması xahiş edilir: “Federasiyaya müraciət etməyimizin səbəbi, matçın protokolunda “Etirazın qeyd edilməsi” bölümündə iradlarımızı qeyd etməyə imkan verilməməyidir. Görüşdə dördüncü hakim Elçin Məmmədov protokola iradlarımızın yazılmasının qeyri-qanuni olduğunu iddia etdiyi zaman, baş hakim Vüsal Əliyev gecikdiyimizi əsas göstərib. Halbuki, komandamızın səlahiyyətli nümayəndəsi hakimlərdən 10 dəqiqə sonra hakimlər otağına təşrif buyurub”.

Paylaş

// pop up