`Qarabağ` hazırdır
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5698.jpg)
23 Noy 2012
`Qarabağ` hazırdır
`Qarabağ`ımız `Turan`la oyuna hazırdır. Premyerliqanın XIV turunda `Turan`ı qəbul edəcək `Qarabağ`ımız 16:00-da sonuncu məşqinə edərək hazırlıqlarını tamamlayacaq. `Qarabağ`ımız əyalət derbisinə tam heyətlə hazırlaşır. Komandada zədəlilərin olmaması üzləri güldürür. Cəza səbəbindən isə Rəşad Sadıqov oyunu buraxacaq. `Qarabağ` və Azərbaycan millisinin kapitanı uzun müddətdir zədəli olsa da, artıq sağalıb. Amma 30 yaşlı müdafiəçi ötən oyunda texniki zonada 1 oyunluq cəza aldığına görə Turan`la oyunu buraxacaq.
Qeyd edək ki, `Qarabağ` - `Turan` oyunu şənbə günü, Noyabrın 24-də Tofiq Bəhramov adına respublika stadionunda 14:00-da keçiriləcək.
Qeyd edək ki, `Qarabağ` - `Turan` oyunu şənbə günü, Noyabrın 24-də Tofiq Bəhramov adına respublika stadionunda 14:00-da keçiriləcək.