`Qarabağ` hazırdır
12 Sen 2009
`Qarabağ` hazırdır
`Qarabağ`ımız artıq premyerliqada debüt etməyə hazırdır. Bu gün oyunun keçiriləcəyi saatda komandamız `Standard`la mac öncəsi sonuncu məşqini reallaşdırdı. 17:15-də başlayan məşq təxminən 1 saat davam edib. Yüngül tempdə davam çalışma zamanı bütün futbolçularımız iştirak edib. Amma sabah ki, oyunda sadəcə Rəşad Sadıqov zədə ucbatından meydanda ola bilməyəcək. Komandamız sabahkı oyunda 3 xal qazanaraq çempionata uğurlu başlamağı hədəfləyib.
Sabahkı youun öncəsi Ağdamda böyük ajiotaj hiss olunur. Artıq sabah baş tutacaq oyunda tribunalrın tam dolması gözlənilir. `Qarabağ` - `Standard` oyunu saytımız vasitəsiylə online olaraq yayımlanacaq.