`Qarabağ` hazırdır
`Qarabağ` hazırdır
`Qarabağ` `Muğan`la görüşə hazırdır. Sabah Salyan təmsilçisini Suraxanı qəsəbə stadionunda qəbul edəcək komandamız son məşqini edib və mac zamanını gözləyir. Xatırladaq ki, komandamız bu oyuna bir sıra itkilərlə çıxacaq. Ötən oyun qırmızı vərəqə alan Admir Teliylə yanaşı, 4-cü sarı vərəqə səbəbindən Aslan Kərimov, Elnur Allahverdiyevlə yanaşı zədəli Elvin Məmmədovun oyunu buraxacağı dəqiqdir. Əvəzində cəzasını başa vuran Fərhad Vəliyev və xəstəlik səbəbindən son turu buraxan Maksim Medvedev baş məşqçimiz Qurban Qurbanov şans verəcəyi təqdirdə meydanda yerini ala biləcək.
Xatırladaq ki, milli çempionatlar tarixində `Muğan`la keçirdiyimiz bütün oyunlarda qalib gəlmişik (ötən mövsüm 2:1 və 3:0, cari birinciliyin ilk dövrəsində isə 1:0).
Nəzərinizə çatdıraq ki, sabah 14:15-də başlayacaq oyun AZTV ilə canlı yayımlanacaq.