`Qarabağ` hazırlaşır...
`Qarabağ` hazırlaşır...
`Qarabağ` Futbol komandası Unibank Premyer Liqası çerçivəsindəki növbəti turun hazırlıqlarını davam etdirir. Gündə iki dəfəlik məşqlərə ara verən Qurban Qurbanovun yetirmələri bu gün bir dəfə məşq edərək, planlaşdırılan yoldaşlıq oyununun zamanını gözləyəcəklər. Rəqib məlum olmasa da, matç tarixi şənbə günü olacağı dəqiqdir.
Komandanın tərkibində gənc futbolçuların çoxluğu nəzərə çarpır. Bunu Baş Məşqçi Qurban Qurbanov Milliyə dəvət almış futbolçuların yoxluğu ilə əlaqələndirir: `Sevindirici haldır ki, müxtəlif millilərə dəvət almış futbolçuların sayı günü gündən artır. Bundan sonra da bu sayın artımı üçün gənc kadrlar hazırlayacağıq. Hal-hazırda məşqləri davam etdirsək də, heyətmizdə əvəzedici komandamızın perspektivli futbolçuları çoxluq təşkil edir. Böyük ehtimalla bu gənclərin bəziləri növbəti mövsüm komandanın əsas heyətinə cəlb olunacaq...`
Xatırladaq ki, `Qarabağ` bu günkü məşqi saat 16:00-da T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.