"QARABAĞ" HAZIRLIĞA START VERDİ...

single-news
2 Avq 2006

"QARABAĞ" HAZIRLIĞA START VERDİ...



"Qarabağ" Futbol Klubu XV Ölkə Çempionatının hazırlığına start verdi. Suraxanı qəsəbə stadionunda gündəlik bir dəfəlik məşqlər edən komanda əsasən yükgül hazırlıqla kifayətlənirlər. Heyətdə zədəli olan Sergey Sokolov yalnız qaçışla kifayətləndiyi halda, Hakan Demir və Azər Məmmədov bu gündən məşqlərə start verəcək. Ötən Çempionatın ikinci dövrəsində "Olimpik"lə qarşılaşmada zədələnərək altı ay ərzində yaşıl meydandan kənar düşən İrakli Beraya isə artıq tam gücü ilə hazırlığa başlamışdır. Onun çempionatda tam gücü ilə komandasına kömək edəcəyi dəqiqdir.Məşqlərdə futbolçunun böyük istəklə hazırlaşması məşqçiləri sevindirir. Bundan başqa Mübariz Orucov da komanda ilə hazırlıqlara başlamışdır. Komandanın son durumu barədə Klubun Baş Məşqçisi Böyükağa Ağayev məlumat verdi: "UEFA Kubokunda "Zimbru"ya qarşı oyundan sonra uşaqlarda ən əsası psixoloji durum qənaətbəxş deyildi. İlk məqsədimiz bu durumdan onları çıxartmaq idi ki, buna günü -gündən nail olduğumuzu deyə bilərəm. İndi bütün gücümüzü çempionata hazırlığa yönəltmişik ki, futbolçular da bunu dərk edirlər. Hal-hazırda zədəlilərimiz getdikcə komanda ilə məşqlərə başlayırlar. İlk turda "Karvan"la qarşılaşmanın təxirə salınması səbəbindən çempionata 10 avqustda "Şahdağ"a qarşı oyunla başlayacağıq. İnanıram ki, bu günə qədər bütün zədə problemləri həll olunacaq və komandam optimal heyətlə çempionata başlayacaq..."

Paylaş