“QARABAĞ” HAZIRLIĞINI DAVAM ETDİRİR

single-news
13 Sen 2007

“QARABAĞ” HAZIRLIĞINI DAVAM ETDİRİR



“Qarabağ” Futbol Klubu XVI milli çempionatın 5-cu tur çərçivəsində qarşılaşacağı “ABN-Bərdə” ilə görüşün hazırlıqlarını davam etdirir. Məlum olduğu kimi, milli komandaların çıxışı ilə əlaqədar olaraq yaranmış fasilədə 17 futbolçusunu millilərə göndərən komandamız nəhayət bu gündən etibarən hazırlıqlarını tam heyətlə davam etdirə biləcək. Düzdü, dünən Azərbaycan-Gürcüstan matçında mübarizə aparan Aslan Kərimov və Fərhad Vəliyev bu gün ki, məşqə qatılmayacaqlar. Geridə qalan futbolçular isə artıq, bu gün saat 17:30-da Buzovnadakı, məşqə qatıla biləcək. Amma millinin eyni zamanda “Qarabağ”ın kapitanı olan  Aslan Kərimovdan pyunla bağlı fikirlərini öyrənə bildik. “Oyun daha çox meydanın mərkəzində getdi. Qalib də gələ bilərdik. Lakin, üstünlüyümüzü qoruya bilmədik. Amma, göründüyü kimi, yoldaşlıq matçları daha çox oyun komponentlərini yüksəltmək üçün faydalı olur. Bu baxımdan, zənnimcə, bu matç faydalı olacaq.” Aslan eyni zamanda qarşıdakı, oyunlara da toxunub. “Rəqibdən asılı olmayaraq, biz bütün oyunlara eyni motivasiya ilə çıxırıq. Düzdü, matç oynayacağımız rəqiblər yetərincə güclüdür. Amma, mərhələni mümkün qədər çoxlu xalla başa vurmağa çalışacağıq.”

   

Paylaş

// pop up