“QARABAĞ” HAZIRLIĞINI DAVAM ETDİRİR
8 Noy 2007
“QARABAĞ” HAZIRLIĞINI DAVAM ETDİRİR
“Qarabağ” Futbol Klubu XI turda qarşılaşacağı “Bakı” matçının hazırlığına davam etdirir. Gündə bir dəfə olmaqla məşq edən komandamız artıq bu gün hazırlığın əsas mərhələsini tamamlayaraq bazada toplaşacaq. Komandamızda zədəli və cəzalı futbolçunun olmaması üzləri güldürməyə bilməz. “Turan”la kubok görüşündə aldığı zədə ucbatından son iki görüşü buraxan Kənan Kərimov isə ümumi kollektivlə məşqlərə qatılır. Hücumçunun “Bakı”yla matçda baş məşqçi Rasim Karanın şans verəcəyi təqdirdə əsas heyətdə yer alması üçün heç bir problem yoxdur. Millidən dönən futbolçuların düşərgəyə qatılmasıyla birlikdə komanda uzun müddətdən sonra tam heyətlə çalışma imkanı əldə edib..