“QARABAĞ” HAZIRLIĞINI TAMAMLADI

single-news
18 Apr 2008

“QARABAĞ” HAZIRLIĞINI TAMAMLADI



“Qarabağ” komandası sabah keçirəcəyi “İnter”lə matçın hazırlıqlarını tamamlayaraq görüş anını gözləməyə başlayıb. Günü tək çalışmayla keçirən komndamız 16:00-da oyunun keçiriləcəyi “Şəfa” stadionunda təxminən 1 saata yaxın məşq edib. Komadamızın məşqi zamanı Azərbaycanəsilli ünlü türk idman həkimi Mehmet Binnet komandamızı ziyarət edib.

Əsasən yüngül hərəkətlərə üstünlük verən komandamızda əla əhval-ruhiyyə hiss olunurdu. İki qapıya oyun, 5-ə 2 kimi mübarizələrdə futbolçuların əzmi və istəyi nəzərlərdən qaçmadı.

Sabah keçiriləcək oyunda komandamız qələbə qazanmaqla qələbə seriyasını 3-ə çatdırmağı planlaşdırır. Eyni zamanda “İnter”i məğlub etməyin də vaxtı çatıb. Çempionat və kubok oyunlarında cari birincilikdə artıq 3 dəfə qarşılaşsaq da qələbə qazana bilməmişik. Bu dəfə 3 xalı qazanaraq ilk 5-liyə daxil omağı planlaşdırırıq.

Xatırladaq ki, sabahkı oyunu Azad Mütəllimov idarə edəcək. Ona Arif Ağayev və Azər Əsgərov kömək edəcək. 4-cü hakim funksiyasını isə Əmrah İbrahimov yerinə yetirəcək.

4-cü sarı vərəqəyə görə Viktor İgbekoyinin və zədəyə görə Hüseyn İsgəndərovun oyunu buraxacağını da qeyd edək.

Paylaş

// pop up