`Qarabağ` hazırlıqlara başladı

single-news
31 İyl 2010

`Qarabağ` hazırlıqlara başladı



`Qarabağ`ımız məşqlərə başladı. Avropa fatehi `Qarabağ`ımız Avroliqanın 3-cü mərhələsində `Visla`nı səfərdə məğlub edən komandamız dünən istirahət edib. Komandamızın çalışdırıcısı Qurban Qurbanov son görüşdə az oynayan və meydana çıxmayanları dünən məşqə çıxardıb. Axşam 6-da Suraxanı qəsəbə stadionunda çalışma 1 saat davam edib.

Bu gündən isə komandamız tam heyətlə  `Visla` ilə oyunun hazırlıqlarına başlayacaq. Komandamız səhər 10-da Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxıb. Çalışma saat yarım davam edib.

Sabah komandamızın 2 hazırlığı nəzərdə tutulub.

 

Paylaş

// pop up