"Qarabağ" hazırlıqlarını davam etdirir( ÜÇ NOQTA, 16.07.2005)

single-news
16 İyl 2005

"Qarabağ" hazırlıqlarını davam etdirir( ÜÇ NOQTA, 16.07.2005)



KLUB BƏZİ OYUNÇULARINI HEYƏTƏ QAYTARIR Ötən mövsümü 6-cı sırada başa vuran Ağdamın "Qarabağ" komandası hazırlıq prosesini davam etdirir. Klub Sabunçu qəsəbə stadionunda yeni baş məşqçi Elxan Abdullayevin rəhbərliyi altında məşqlərə qatılıb. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Asif Əsgərovun "Üç nöqtə"yə verdiyi məlumata görə, ötənilki heyətin bir neçə aparıcı oyunçusu yenidən komandaya qayıdacaq. Hazırda vətənində olan bolqarıstanlı İvan Karamanov və "Turan"la birgə Türkiyədə təlim-məşq toplantısında olan Samir Musayev yaxın günlərdə klubun düşərgəsinə dönəcək. Bundan başqa ağdamlıların heyətində bir çox yerli futbolçular baxışdadır. Klub rəsmisinin sözlərinə görə, yalnız baş məşqçinin etimadını doğruldan oyunçular heytdə yer alacaqlar. A.Əsgərov baxışda olanlardan Olimpiya yığmasının oyunçuları Fəqan Şahbazovla Tərlan Mahmudovun heyətdə qamağa daha şanslı olduqlarını qeyd etdi. Ağdamlılar bir neçə legioner futbolçu ilə də heyətini gücləndirməyi planlaşdırıb. Klub yetkilisi yalnız səviyyəli legioner almağı nəzərdə tutduqlarını da açıqladı.

Paylaş

// pop up