`Qarabağ` hazırlıqlarını davan etdirir
9 Okt 2014
`Qarabağ` hazırlıqlarını davan etdirir
`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Milli oyunlar səbəbindən yaranmış fasiləyə əlaqədar olaraq komandamızda 3 günlük icazə başa çatıb. Komandamızda fərqli millilərə gedən futbolçularla yanaşı Danilo Dias və Jumbinyo zədə səbəbindən hazırlıqdan kənar düşüb. Belədə komandamızın baş məşqçisi Qurban Qurbanov `Qəbələ` ilə oyununun hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçunu da cəlb edib.
Qeyd edək ki, premyerliqanın VIII turunda baş tutacaq `Qarabağ` -`Qəbələ` oyunu Oktyabrın 18-i keçiriləcək.
